3 yanvar 2022 - 16:16
Bayden Zelenski ilə danışdı: Rusiya hədələndi

ABŞ prezidenti Ukrayna prezidenti ilə telefon danışığı zamanı, ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə qətiyyətlə cavab verəcəyini iddia edib.

ABNA24 Xəbər Verir, Ağ Evin mətbuat katibi Cen Psaki bazar günü yaydığı yazılı açıqlamada bildirilib ki, Co Bayden və Vladimir Zelenski strateji sabitlik üzrə dialoq çərçivəsində, həmçinin, Rusiya-NATO Şurası və ATƏT vasitəsilə Rusiya Federasiyası ilə növbəti həftədən başlayacaq diplomatik təmasları dəstəkləyiblər. 

Cen Psakinin sözlərinə görə, Bayden, həmçinin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, Donbasda gərginliyin azaldılması üçün etimadın möhkəmləndirilməsi tədbirlərini və Minsk razılaşmasının həyata keçirilməsi üçün fəal diplomatik dəstəyini təkrarlayıb.

342/