Bu, iki vuruşan tərəfin ötən ay barəsində razılaşdığı yeni atəşkəs zamanından bəri bir Ukrayna hərbçisinin öldürülməsi haqda verilən ilk məlumatdır.
2014-cü ildən başlanan Ukraynanın şərqindəki döyüşlərdə indiyədək on üç min nəfərdən çox insan ölüb.
Kiyev 2014-cü ildən bəri Rusiyadan dəstək alan və Donbasda Ukraynanın şərq ərazisindən bəzi hissələri öz nəzarətində saxlayan separatçılara qarşı müharibə aparır.
Bir-birini atəşkəsi pozmaqda ittiham edən iki vuruşan tərəf dekabrın 22-də ön cəbhədə atəşkəsin bərqərar edilməsi haqda razılaşdı.
342/