2 yanvar 2022 - 15:33
İnqilab Rəhbərinin hüzurunda Fatimiyyə əzadarlığı mərasimi

İslam İnqilabının Böyük Rəhbərinin ofisi bildirib ki, İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Fatimiyyə günləri əzadarlığı mərasimi heç bir iştirakçı olmadan keçiriləcək.

ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin bildirişində deyilir: Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti günlərinin gəlib çatması münasibətilə nəzərə çatdırılır ki, İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə əzadarlıq mərasimi bu il də pandemiyanın davam etməsi və səhiyyə protokollarına tam şəkildə riayət zərurəti səbəbindən, bu il də heç bir iştirakçı olmadan, yalnız bir natiq və bir mədhiyyəçinin iştirakı ilə yanvarın üçündən yeddisinədək şam və xıftən namazlarından sonra keçiriləcək.

İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda keçirilləcək əzadarlıq mərasimlərinin şərhi hər gecə İranın birinci telekanalından və digər telekanallardan yayımlanacaq.

2022-ci il yanvarın altısı, 1443-cü hicri qəməri ili cəmadiüssani ayının üçü, Böyük İslam Peyğəmbəri, Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı- Əmirəlmöminin, Əli ibn Əbi-Talib(ə)-ın həyat yoldaşı, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

342/