Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, işğalçı sionist rejimin casus agentliklərinə yaxın olan Debka internet saytı şənbə günü “Peyğəmbəri Əzəm -17” hərbi təlimi ilə bağlı məqaləsində yazıb ki, İsrail ordusu son təlimlər zamanı İranın hərəkətlərini izləyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru, hava, raket və dəniz bölmələrinin “Peyğəmbəri Əzəm-17” hərbi təlimində iştirakına toxunan Debka File yazıb ki, İran İnqilabı Keşikçiləri Korpusu- Sepah hərbi təlimində 500 km məsafəyə malik havadan müdafiə sistemi olan Xordad -3 mobil zenit raketlərinə arxalandığını göstərib. İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah komandirləri bu silahın İsrailin F-35 gizli döyüş təyyarələrinə qarşı durmaq üçün nəzərdə tutulduğunu təxmin edirlər.
Debka File daha sonra İran İslam Respublikasının son hərbi təlimində müxtəlif növ qanadlı raketlər və kamikadze PUA-lar buraxdığını yazıb.
Son günlərdə bir sionist nəşri də bu təlimdə İranın raket qabiliyyətini qeyd edib. Sionist rejimin “Jerusalem Post” qəzeti bir xəbərdə İranın “Əzəmətli Peyğəmbər-17” hərbi təlimi çərçivəsində raket qabiliyyətini nümayiş etdirdiyini qeyd edib. Qəzetin yazdığına görə, İran təlimin ikinci günündə raket, PUA və digər silahlarla təlim keçib. Təlimin bu mərhələsində yer-yer tipli ballistik raketlər əvvəlcədən müəyyən edilmiş hədəfləri vurub. İran həmçinin “yer-yer” və “sahil-dəniz” raketləri ilə düşmənin məhv edilmiş hipotetik üzən hədəflərini simulyasiya etdiyini bildirib.
Bir neçə hazırkı və keçmiş sionist təhlükəsizlik və hərbi rəsmilər bu yaxınlarda Amerika qəzetinə deyiblər ki, Təl-Əviv İranın nüvə obyektlərinə hücum edə bilməz.
“New York Times” qəzetinin məlumatına görə, İsrailin bir neçə indiki və keçmiş yüksək rütbəli hərbi rəsmiləri və ekspertləri bildiriblər ki, Tel-Əvivin bu tezliklə İranın nüvə proqramını məhv etmə və ya hətta əngəlləyərək gecikdirə biləcək qüdrəti yoxdur.
Uşaq qatili sionist İsrail rejimin yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, İranın nüvə layihəsinə ciddi ziyan vura biləcək hücuma hazırlaşmaq üçün ən azı bizə iki il lazımdır.
1981-ci ildə İraqın nüvə obyektinə (Osİrak) hücumu idarə edən İsrail Hərbi Hava Qüvvələrinin istefada olan generalı Relik Şaffer deyib: "İranın onlarla nüvə obyekti var, bəziləri yerin dərinliklərindədir və İsrail bombalarının sürətlə bu obyeklərin içərisinə girib məhv etməsi olduqca çətin işdir".
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!