Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünya xalqlarını istismar edən imperialist Amerika Birləşmiş Ştatlarının prezident sarayı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Rusiya ABŞ arasında danışıqlar olacaq.
Cen Psaki bildirib: "ABŞ Rusiya ilə yanvarda təhlükəsizliklə bağlı danışıqlar keçirəcək. Lakin danışıqların detalları hələ tam razılaşdırılmayıb”.
“Yanvarda bizim danışıqlarımız olacaq. Biz sadəcə olaraq bütün detalları razılaşdırmamışıq. Bu, növbəti mərhələdə olacaq”, deyə Psaki əlavə edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!