Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Azərbaycanla İran arasındakı münasibətlərin əsasını dərin tarixi köklər, mədəni-tarixi bağlılıqlar təşkil edir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb.
Ceyhun Bayramovun sözlərinə görə, bu gün iranlı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.
“Ölkələrimiz arasındakı münasibətlərdən danışarkən biz iqtisadi-ticari əlaqələri qeyd etməliyik. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin həcmi 23 faiz artıb”, - deyə Ceyhun Bayramov əlavə edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!