Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib: “İran İslam Respublikası ilə Azərbaycan arasındakı münasibətlərin bir qismi də regional əməkdaşlıqla bağlıdır”.
Cənab Hüseyn Əmir Abdullahian qeyd edib ki, bölgədə regional əməkdaşlıq gücləndirilir.
“Burada “3+3” formatındakı əməkdaşlıq platforması da önəmlidir. Bu platforma İrana da yeni imkanlar yaradıb və biz bunu dəyərləndiririk”, - deyə Abdullahian deyib.
Qeyd edək ki, “3+3” formatı Zəngəzur dəhlizi ilə bağlıdır. Bu platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan daxildir. Gürcüstan hələlik Zəngəzur dəhlizinə “3+3” formatında qoşulmaqda tərəddüd edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!