15 dekabr 2021 - 12:45
Brüsseldə İlham ilə işğalçı NATO-nun baş katibi Yens Stoltenberq etiraf etdilər... – Foto

Sülalə başçısı qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. İlham bildirib ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda NATO işğalçı qüvvələri ilə birgə “xidmət” ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünən 2021, Dekabrın 14-də NATO işğalçı blokunun baş katibinin dəvəti əsasında Azərbaycana hakim kəsilmiş əliyevlər sülaləsinin başçısı İlham Əliyevlə işğalçı alyansın baş katibi Yens Stoltenberq arasında görüş olub.

Görüşdə NATO işğalçı alyansının baş katibi Azərbaycanın NATO işğalçı alyansının dəyərli tərəfdaşı olduğunu deyib və işğalçı alyansın uzun müddət işğal etdiyi Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin "Qətiyyətli dəstək" əməliyyatlarındakı “xidmətini” yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan işğalçı qüvvələri Əfqanıstanı sonuncu tərk edən işğalçı hərbi qulluqçular olublar və onlar NATO ilə əməkdaşlıq edən 120 mindən çox əfqanlının Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə “töhfə” veriblər. Yens Stoltenberq buna görə rəsmən sülalə başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Sülalə başçısı qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. İlham bildirib ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda NATO işğalçı qüvvələri ilə birgə “xidmət” ediblər.

İlham habelə Azərbaycanın NATO işğalçı alyansının üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib, eləcə də işğalçı alyansın aparıcı üzv dövlətlərindən olan “qardaş” Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu deyib.

Görüşdə Azərbaycanın 1994-cü ildən işğalçı NATO alyansının “Sülh naminə tərəfdaşlıq” proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulanıb. Bu çərçivədə Azərbaycanın NATO işğalçı alyansının Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə işğalçı NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın NATO işğalçı alyansının təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olundu. Azərbaycanın NATO işğalçı qüvvələrinin "Qətiyyətli dəstək" missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!