14 dekabr 2021 - 16:36
Rusiyada pravoslav məktəbində kamikadze özünü partladıb

Rusiya Daxili İşlər Nazirliyi hücum edən şəxsin 18 yaşlı yeniyetmə və eyni məktəbin keçmiş şagirdi olduğunu müəyyən edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya polisi Moskva yaxınlığındakı pravoslav məktəbində bir yeniyetmənin özünü partlatdığını bildirib.

Təhlükəsizlik qüvvələri hücumçunun məktəbə girdikdən sonra binanın içərisindəki bombanı işə saldığını bildirir. Hücum Serpuxov şəhərində baş verib.

Rusiya Daxili İşlər Nazirliyi hücum edən şəxsin 18 yaşlı yeniyetmə və eyni məktəbin keçmiş şagirdi olduğunu müəyyən edib. Açıqlamada bildirilib ki, polis əməkdaşları hadisənin ilk dəqiqələrində hadisə yerində olub və məktəbi təxliyə ediblər.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, hadisə nəticəsində hücum edən şəxs və 15 yaşlı yeniyetmə də daxil olmaqla 7 nəfər yaralanıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!