ABNA24 : Bəynatda Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə də həsr olunan toplantıda Rusiya İran, Türkiyə, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin iştirakı xatırlanır.
Bildirilib ki, görüşdə regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv fikir mübadiləsi aparılıb və iştirakçı dövlətlərin ümumi marağına səbəb olan məsləhətləşmələrin praktiki məsələlərə yönəldilməsi razılaşdırılıb.
Sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilib.
Beş ölkənin nümayəndələri fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar və gələcəkdə Gürcüstanın məsləhətləşmələrdə iştirakını arzuladıqlarını bildiriblər.
Sonda qeyd olunub ki, gələcəkdə "3+3" formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq.
342/