ABNA24 Xəbər Verir, Türkiyə XİN-i bildirib: Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçiriləcək.
Məlumatda iclasın Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyi bildirilib.
Gürcüstan isə bu gün bildirib ki, bu ölkə dekabrın 10-da keçiriləcək "altılıq" ("3+3") platformasının iclasında iştirak etməyəcək.“Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstanb dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə Nazirliyin bəyanatında bildirilib.
342/