ABNA24 Xəbər Verir, Əlcəzairin xarici işlər naziri Ramatan Laamirə vurğulayıb ki, İsrail Şimali Afrikada genişlənmə axtarışındadır.
Nazir Mərakeşin İsraillə əlaqələrinin normallaşması, həmçinin Təl-Əvivlə ikitərəfli müqavilələrin imzalanmasına münasibət bildirərkən deyib: "İsrail rejimi Şimali Afrikada ekspansionist məqsədlər güdür. Bu məqsədlə rejim Şimali Afrikadakı Mərakeşə dəstək verir. Əlcəzair Mərakeşin yaxın qonşusudur və Mərakeş hakimiyyətinin işğalçı rejimlə dağıdıcı hərbi ittifaq istiqamətində atdığı istənilən addım bu ölkəni Əlcəzair və onun xalqından uzaqlaşdıracaq. Biz hesab edirik ki, ərəb ölkələri İsrail rejiminin müxtəlif bölgələrdə genişlənməsinə kömək etmək əvəzinə, fələstinlilərin hüquqlarının həyata keçirilməsinə kömək etməlidir".
342/