Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pakistan Vəhdət Assambleyasının baş katibi Höccətül-İslam və Müslimin Raca Nasir Abbas Cəfəri bəyanat verərək ölkədə Şiələrin yoxa çıxmasının ardınca etiraz aksiyası keçirən ailələrin Karaçi polisi tərəfindən döyülməsini pisləyib.
O, deyib: "İtkin düşənlərin ailələrinin dinc nümayişləri əsas və qanuni hüquqdur. Bu ailələr bir neçə ildir ki, yaxınlarının azadlığa buraxılması üçün etiraz aksiyası keçirirlər. Bu insanları sıxışdırmaq ölkə konstitusiyasına ziddir".
Raca Nasser əlavə edib: "Polislərin nümayişçilərə doğru qeyri-qanuni hərəkəti narahatlıq doğurur və ölkənin təhlükəsizliyini pozmaq üçün bir təxribatdır. Hökumət bu insidentə görə məsuliyyət daşıyanlarla qəti şəkildə məşğul olmalıdır."
“Pakistanda Şiələr başsız deyillər, döyülməyə səssiz qalmayacağıq, hökumət vətəndaşlara qarşı silah işlətmək əvəzinə konstitusiyaya uyğun hərəkət etməlidir”, - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, bir neçə gənc Şiə fəal naməlum şəxslər tərəfindən oğurlanaraq saxlanılıb və Pakistan hökuməti onların vəziyyətinə görə məsuliyyət daşımaqdan boyun qaçırır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!