Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Tehranda 8 noyabr - Zəfər Günü ilə bağlı Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Tədbirdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 44 günlük Vətən müharibəsinin hər bir gününün şanlı tarix olduğunu bildirib...
Hazırda işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq və bərpa işlərinin aparıldığını vurğulayan səfir Əli Əlizadə, Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırılmağa hazır olduğunu vurğulayıb.
Zəfər Gününün Azərbaycan milləti üçün əlamətdar və tarixi gün olduğunu bildirən səfir Əli Əlizadə bu günün İranda qeyd olunmasının da xüsusi əhəmiyyət kəsb etdiyini və İranın yaxın qonşu ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Zəfər Günü münasibətilə təbriklərə görə İran Xarici İşlər Nazirliyi və hökumətinə təşəkkürlərini çatdırıb.
Rəsmi qəbul ziyafətin verilməsi və səfirliyin əməkdaşlarının övladlarının və “Aylan” rəqs qrupunun “Qarabağ”, “İgidlər” və digər kimi Azərbaycan xalq rəqslərinin, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam etdirilib.






Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!