7 noyabr 2021 - 04:46
ABŞ-da bomba xəbərdarlığı; Universitet bağlanıbABŞ-da bomba xəbərdarlığı; Universitet bağlanıb

Bomba təhlükəsi ABŞ-ın Konnektikut ştatında yerləşən "Yale" universitetinin bağlanmasına səbəb olub.

ABNA24 Xəbər Verir, bu bomba təhdidindən sonra təhlükəsizlik qüvvələri tələbələri "Yale" Universitetinin binasını dərhal tərk etməyə çağırıb.

Hazırda ABŞ təhlükəsizlik qüvvələri universitet binalarına baxış keçirir.

Hələ ki, bomba təhdidi ilə bağlı əlavə məlumat verilməyib.

Son aylarda ABŞ-ın müxtəlif bölgələrində bomba təhdidləri ilə bağlı çoxsaylı məlumatlar yayılıb.