ABNA24 Xəbər Verir,Co Bayden iddia edib ki, iqlim dəyişikliklərilə mübarizə onun hökumətində güclənəcəkdir.
Tramp 2017-ci ildə Amerikanın Paris sazişindən çıxdığını elan etdi. Bu qərar rəsmi surətdə 2020-ci ilin dörd noyabrından qüvvəyə mindi.
Trampın bu hərəkəti o zaman beynəlxalq ictimaiyyətin geniş tənqidi ilə üzləşdi.
Dünya ölkələrinin başçıları ətraf mühit fəalları və ekspertlərinin kənarında dünən səhərdən İngiltərənin Qlazqo şəhərində bir araya gəliblər. Onlar 26-cı Qlazqo iqlim konfransı çərçivəsində ölkələrin havanın temperaturunun azalması barədə üzərlərinə öhdəlik götürdükləri Paris sazişinin həyatının davamı ətrafında fikir mübadiləsi aparacaqlar.
BMT-nin baş katibi Antonio Quterreş Qlazqo konfransının açılışında dünyanın iqlim fəlakəti istiqamətində hərəkət etdiyini bildirib. Xəbərdarlıq edib ki, bu iclasın uğursuz qalması seçim deyil, bəşəriyyətin ölümünə veriləcək hökm olacaqdır.
342/