ABNA24 Xəbər Verir,Kabildəki təhlükəsizlik mənbələri bildiriblər ki, Kabil hospitalının yaxınlığında iki ardıcıl partlayış nəticəsində təqribən on beş nəfər ölüb, otuz beş nəfər də yaralanıbdır. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olmasına görə, ölənlərin sayının artması ehtimalı yüksəkdir.
Ötən iki ayda Taliban-ın Əfqanıstanda yerləşməsilə bu ölkənin müxtəlif rayonları, o sıradan Kabil terror hücumları və partlayışlarının şahidi və bu məsələ, vətəndaşların etirazına səbəb olubdur.
342/