2 noyabr 2021 - 04:43
Rusiyadan İrana böyük dəstək

Moskva İranla nüvə razılaşmasında hər hansı dəyişikliyin edilməsinin qəti əleyhinədir.

ABNA24 Xəbər Verir,bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı noyabrın sonuna Vyanada keçirilməsi nəzərdə tutulan müzakirələr haqda deyib.

O bildirib ki, nüvə razılaşmasının yenilənməsində hər tərəf maraqlı görünür:

"Ancaq razılaşma 2015-ci ildə BMT TŞ tərəfindən necə təsdiq edilibsə, o cür də yenilənməlidir. İstənilən əlavə, istənilən əksiltmə İran üçün qəbuledilməzdir. Biz də tam şəkildə bu yanaşmanı dəstəkləyirik".

Qeyd edək ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı 2015-ci ildə İran ilə 5+1 qrupu (İngiltərə, Almaniya, Çin, Fransa, Rusiya və ABŞ) ölkələri arasında imzalandı. 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxdı və Tehrana qarşı sərt sanksiyaları bərpa etdi.

İran da mərhələli şəkildə öhdəliklərini azaltdı və nəhayət, uranın zənginləşdirilməsi səviyyəsini kəskin artırdı.

342/