26 oktyabr 2021 - 10:00
Türkiyədə “Ərdoğan istefa” həştəqi məşhurlaşıb

Lirə bu il dollar qarşısında 20 faiz dəyər itirib və bu ucuzlaşmanın yarısı təkcə keçən ay baş verib. Həftənin əvvəlində benzinin bahalaşacağı elan edildikdən sonra insanlar Türkiyədə yanacaqdoldurma məntəqələrinə basqın ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, lirənin dollar qarşısında kəskin ucuzlaşması, eləcə də yanacağın bahalaşması və zəruri ərzaq məhsullarının qıtlığına cavab olaraq türk lirəsinin kəskin bahalaşmasının ardınca Türkiyədə “Ərdoğan istefa” (ERDOĞANİSTİFA) həştəqi tvitterdə birinci trend oldu.

Lirə bu il dollar qarşısında 20 faiz dəyər itirib və bu ucuzlaşmanın yarısı təkcə keçən ay baş verib. Həftənin əvvəlində benzinin bahalaşacağı elan edildikdən sonra insanlar Türkiyədə yanacaqdoldurma məntəqələrinə basqın ediblər.

Türkiyə Cümhuriyyət Xalq Müxalifət Partiyasının lideri Kamal Kılıçdaroğlu tvitter hesabında yazıb: "Ölkəni tez bir zamanda məhv olmaq uçurumuna salan bir şəxs 10 səfirin arzuolunmaz ünsürlər elan edilməsi əmrini verib. Mən açıq şəkildə deyə bilərəm ki, bu hərəkətlərin səbəbi milli maraqların qorunması deyil, onun məhv etdiyi iqtisadi çöküş üçün saxta bəhanələr yaratmaqdır.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!