ABNA24 Xəbər Verir, seçkidə ölkədə rəsmi fəaliyyət göstərən beş siyasi partiyanın namizədi mübarizə aparır.
Ekspertlərin fikrincə, seçkilərdə qələbəyə daha yaxın namizədliyi Özbəkistanın Liberal Demokrat Partiyasından irəli sürülmüş hazırkı prezident, 64 yaşlı Şavkat Mirziyoyev olaraq qalır.
Digər namizədlər - Ekoloji Partiyanın sədri, 46 yaşlı Narzullo Oblomuradov, Xalq Demokrat Partiyasının sədr müavini, 60 yaşlı Maksuda Varisova, “Ədalət” Partiyasının lideri, 62 yaşlı Bəhrom Abduxəlimov və “Milli Dirçəliş” Demokrat Partiyasının namizədi, partiyanın sədri, 46 yaşlı Əlişir Kadırovdur.
342/