12 oktyabr 2021 - 07:12
Ali Məqamlı Rəhbər milli güləşçiləri təbrik edib

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İranın yunan-Roma güləşçilərini Dünya Çempionatındakı uğurları münasibətilə təbrik edib.

ABNA24 Xəbər Verir, İranlı gülışçilərin Norveçdə keçirilən Dünya Çempionatında qazandıqları uğurların fonunda İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullaül-üzma Xamenei bir müraciət ünvanlayaraq, iranlı pəhləvanlara və onların məşqçilərinə təşəkkür ediblər. 

Həzrət Ayətullaül-üzma Xameneinin müraciətində deyilir:

 "Hər kəsi, xüsusilə də gəncləri sevindirən güləşçiləri və məşqçilərini təbrik edirik".

O, həzrət, həmçinin İranın milli güləş komandasına uğurlar arzulayıblar. 

İranın yunan-Roma güləşi üzrə milli komandası Norveçin paytaxtı Osloda keçirilən Dünya Çempionatı yarışlarının sonunda ikinci oldu. 

342/