ABNA24 Xəbər Verir, İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketini hazırlamasına diqqət çəkərək deyib: Bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır.
Azərbaycan Respublikası prezidenti Avropa İttifaqının zərər çəkən tərəf Azərbaycan olduğu halda Ermənistana yardım ayırmasına narahatlığını bildirərək deyib: İşğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik.
342/