29 sentyabr 2021 - 07:33
Amerikada Ərbəin yürüşü keçirilib

Amerikanın bir neçə ştatının şəhərlərində Hüseyn(ə) ərbəini yürüşü keçirilib.

ABNA24 Xəbər Verir, Hüseyn(ə) ərbəini yürüşləri Kaliforniya ştatının Los-Anceles, Virciniya ştatının Manassas və Missuri ştatının Kanzas-Siti şəhərlərində keçirilib.

Əllərində qara və yaşıl bayraqlar tutan Los-Anceles və Kanzas-Siti şəhərlərindəki Hüseyn(ə) ərbəini yürüşlərinin iştirakçıları «Ləbbeyk, ya Hüseyn!» şüarı verib, sonra isə əzadarlıq ediblər.

Həmçinin Los-Ancelesdə keçirilən Hüseyn(ə) ərbəini yürüşünün iştirakçıları arasında nəzir yeməyi paylanıb.

Belə bir halda, Amerikanın Virciniya ştatının Manassas şəhərinin əhalisi də Hüseyn(ə) ərbəini yürüşündə iştirak edibdir.

342/