Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi bu gün, cümə axşamı günorta saatlarında Tehrandan 21-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvə toplantısına qatılmaq üçün Tacikistana getməzdən əvvəl bildirib: “Tacikistana getməzdən əvvəl əlavə etdi: "Bu səfər Tacikistan Prezidentinin rəsmi dəvəti ilə "Tacikistan Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsinə qatılmaq üçün həyata keçirilir. Zirvə Toplantısı çərçivəsində İran İslam Respublikasının fikirlərinin ifadə edib, bu zirvəyə qatılan ölkələrin liderləri və yüksək vəzifəli şəxsləri ilə də görüşlər keçirəcəyik.”
Səfər əsnasında tacik həmkarı ilə ikitərəfli görüşlərə və danışıqlara toxunan Dr. Rəisi deyib: "Təəssüf ki, İranla Tacikistan arasında olan yaxşı əlaqələrimiz tormuzlanmışdır. Amma edəcəyimiz bu səfər çərçivəsin bu ölkə ilə müxtəlif siyasi, mədəni və iqtisadi sahələrdə olan əlaqələrimizdə yeni bir fəsil açacağıq.”
İran və Tacikistan xalqlarının mədəni, dini və dil ortaqlıqlarına toxunan Prezident vurğuladı: "Bölgə ölkələri ilə ünsiyyət İran İslam Respublikasının prioritetlərindən biridir və ümid edirik ki, bu səfərdə ölkələrin yüksək vəzifəli şəxsləri ilə aparılacaq danışıqlar silsiləsində Asiya ölkələri arasında qarşılıqlı əlaqə əvvəlkindən daha çox olacaq və bununla bağlı yeni addımlar atılacaq.
İra İslam Respublikasının Prezidenti vurğulayaraq bildirib: "İranla Tacikistan arasındakı münasibətlərlə əlaqədar praktiki bir addım atma üçün bu səfərdə müxtəlif iqtisadi, kənd təsərrüfatı və hüquq sahələrində əməkdaşlıq müqavilələri imzalanacaq və bu razılaşmaların tətbiq edilməsi və işləməsi ilə iki ölkə arasındakı əlaqələrin inkişafını görəcəyik".
………………….
Xəbərin sonu / 218
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!