11 sentyabr 2021 - 11:28
Ayətullah Rəisi Əhməd Vəhidini "Milli Təhlükəsizlik Şurasının sədri" təyin etdi

İran İslam Respublikası Konstitusiyasının 177 -ci maddəsinə əsasən, Prezident daxili işlər naziri Əhməd Vəhidinin "Milli Təhlükəsizlik Şurasının sədri" təyin edilməsi haqqında fərman verib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikası Konstitusiyasının 176 -cı maddəsinin icrası ilə əlaqədar Prezident, daxili işlər naziri Əhməd Vəhidinin "Milli Təhlükəsizlik Şurasının sədri" təyin edilməsi haqqında fərman verdi.

Prezident Ayətullah Seyid İbrahim Rəisinin verdiyi fərmanının mətni belədir:

 

Mehriban və Bağışlayan Allahın Adı ilə

Hörmətli Dr. Əhməd Vəhidi

Hörmətli Daxili İşlər Naziri

İran İslam Respublikası Konstitusiyasının yüz yetmiş altıncı maddəsinə uyğun olaraq və Milli Təhlükəsizlik Şurasının vəzifə və missiyalarını layiqincə yerinə yetirmək üçün tam səlahiyyətlə zati-aliləri "Milli Təhlükəsizlik Şurasının sədri" təyin edirəm.

Milli Təhlükəsizlik Şurasının, Ali Milli Təhlükəsizlik Şurasının güclü bir qolu olaraq, ölkədə təhlükəsizliyi qorumaq və yaxşılaşdırmaq naminə əlaqədar qurumların bütün imkanlarını əlaqələndirərək və istifadə edərək, planlaşdıraraq, lazımi qərarlar verərib və davamlı təqib edərkən, təsirli addımlar ata biləcəyinə ümid edilir.

 

Seyid İbrahim Raisi

Prezident və Milli Təhlükəsizlik Ali Şurasının sədri

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!