ABNA24 Xəbər Verir, Avropa İttifaqı WhatsApp-a şəxsi məlumatların qorunması ilə bağlı siyasətini yeniləyi və şəbəkə istifadəçilərinə onların fərdi məlumatlarının Facebook ana şirkətilə paylaşdığını bildirmədiyi göstəriş verib.
Bu mesajlaşma platforması Avropada fəaliyyət göstərmək üçün Avropanın ümumi məlumatların qorunması qaydalarının (GDPR) tələblərinə əməl etməlidir.
Whatsapp-ın nümayəndəsi Avropa İttifaqının qərarına etiraz olaraq bir bəyanat yayıbə
Bəyanatda deyilir: "Biz insanlara təhlükəsiz və gizliliyi saxlamaq şərtilə xidmət göstərmək öhdəliyi götürmüşük. Verdiyimiz məlumatların şəffaf və əhatəli olmasını təmin etməyə çalışırıq. Fəaliyyətimizin qeyri-şəffaf olması barədə iddiaları rədd edirik və cəriməni ədalətsiz hesab edirik”.
WhatsApp, Avropada son illərdə milyonlarla avro cərimələnən ikinci şirkətdir. Bu şirkətdən əvvəl, dünyanın ən böyük elektron ticarət şirkəti olan Amazon rəqabət qaydalarını, həmçinin şəxsi məlumatların qorunmasına dair qaydaları pozduğuna görə, 800 milyon avrodan çox cərimələnib.
342/