ABNA24 Xəbər Verir, şimşək Hindistanda ən ölümcül təbiət hadisəsidir və 1960-cı ildən bəri ildırım nəticəsində ölənlərin sayı iki dəfə artıbdır. Rəsmi məlumatlara əsasən, hər il Hindistanda orta hesabla 2500 nəfəri ildırım vurur. ABŞ-la müqayisədə, ABŞ Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hər il orta hesabla 43 nəfər ildırım vurması nəticəsində həyatını itirir. Şimşəklə əlaqədar məlumatları toplayan "Lightning Resilient Safe India Campaign" təşkilatının sədri Sanci Srivastava deyib: "2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər Hindistanda ümumilikdə 18,5 milyon ildırım qeydə alınıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çoxdur".
342/