24 avqust 2021 - 07:19
Avropa ölkələrinin iddiaları əsassızdır

Rusiyanın xarici işlər naziri deyib ki, Avropa ölkələrinin «Şimal axını-2» qaz layihəsinin Avropa Birliyinin Rusiya qazından asılılığını artıracağına dair iddiaları əsassızdır.

ABNA24 Xəbər Verir, Sergey Lavrov bildirib ki, Avropa ölkələrinin «Şimal axını-2» qaz layihəsi barədəki iddialarının əksinə olaraq, bu layihə gələn onilliklərdə yaşıl qitənin ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.

«Şimal axını-2» qaz layihəsi Rusiyanın Qazprom şirkətilə Fransanın «Engie», Avstriyanın «OMV», Niderlandın «Royal Dutch Shell», həmçinin Almaniyanın «Uniper» və «Winterschel» şirkətlərinə şamil olan beş avropalı şirkət arasındakı birgə layihədir. Bu 1200 kilometrlik qoşa boru kəməri ildə əlli beş milyard kubmetr qazı Rusiyadan Almaniyaya köçürməlidir.

Son zamanlar Qazprom-un məcmuəsi altındakı şirkətlərdən hesab olunan «Şimal axını-2» qaz layihəsinin podratçısı bildirdi ki, bu layihənin fiziki irəliləyişi doxsan beş faizə çatıbdır.

342/