8 avqust 2021 - 20:37
40 İŞİD terrorçusu amerikan bazasına köçürdü

ABŞ ordusu Suriyanın şərqindəki Əl-Həsəkə şəhərindəki həbsxanalardan onlarla İŞİD terrorçusunu terror hücumlarına hazırlamaq üçün bazasına köçürüb.

ABNA24 Xəbər Verir, Suriya Ərəb Xəbər Agentliyi öz xüsusi mənbələrinə istinadən xəbər verir ki, işğalçı ABŞ ordusu Əl-Həsəkə şəhərindəki Suriya Demokratik Qüvvələrinin (SDQ) yaraqlılarının nəzarətində olan həbsxanadan 40 İŞİD terrorçusunu Əl-Şəddadidəki bazasına köçürüb.

Mənbələr qeyd ediblər ki, terrorçular arasında İŞİD casus qrupunun lideri və əl qumbarası hazırlayan mütəxəssis də var.

Bununla yanaşı ABŞ ordusunun terrorçulardan bir qrupunu Suriya və İraqdan Əfqanıstana köçürməsi barədə də məlumat yayılıbdır. 

342/