ABNA24 Xəbər Verir, İran İslam Respublikasının cənub-şərqində bir əməliyyat zamanı bir tondan çox narkotik maddə aşkarlanıb və dövriyyədən çıxarılıb.
Bu barədə Sistan-Bəluçistan əyalətinin Polis rəisi Əhməd Tahiri məlumat verib.
Bildirilib ki, əyalətin Nikşəhr rayonunda aparılan əməliyyat çərçivəsində ümumi çəkisi 1,040 kq olan narkotik maddə yükü ələ keçirilib və dövriyyədən çıxarılıb.
Əməliyyat çərçivəsində bir neçə narkotacir və qaçaqmalçı da ələ keçirilib.
342/