31 iyul 2021 - 15:32
Türkiyədə meşə yanğınları barədə araşdırma davam edir

Türkiyənin xarici işlər naziri bu ölkədə misli görünməmiş genişmiqyaslı meşə yanğınlarının səbəbləri barədə araşdırmaların davam etdiyini bildirib.

ABNA24 Xəbər Verir, Hürriyyət qəzetinin veb səhifəsinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu yanğınlarla əlaqədar açıqlamasında bu barədə araşdırmaların davam etdirildiyini və saxlanılanların olduğunu deyib.

Mövlud Çavuşoğlu bildirib:  “Hələlik bu meşələrin bu və ya digərləri tərəfindən yandırılmasına dair konkret məlumatlar yoxdur ki, şahidlik etsinlər. Təbii ki, şübhələr var. Manavqatda dörd yerdə eyni anda başlayan yanğınlar təbii deyil”

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da dünən cümə namazında iştirakdan sonra müxbirlərə verdiyi açıqlamada Antaliya, Muğla, Mersin, Adana və Ösmaniyyədə meşə yanğınları nəticəsində yaranmış fəsadları məişət faciəsi adlandırıb.

Türkiyə prezidenti zərər çəkənlərə hər cür yardımın söstəriləcəyini vəd edib.

342/