26 iyul 2021 - 17:07
ABŞ-da son bir həftədə 430 nəfər qətlə yetirildi

Son yeddi gün ərzində ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.

ABNA24 Xəbər Verir, bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.

Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb.

Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Carı ildə ABŞ-da odlu silahdan istifadə nəticəsində 24 min şəxs həyatını itirib və bu say artmaqda davam edir.

342/