13 iyul 2021 - 18:46
Ərdoğan işğalçı İsrail prezidenti Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib

Qeyd edək ki, Ərdoğanın Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözləməsi sözün əslində qondarma İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsnin davam etdirməsi deməkdir. Çünki məlum olduğu kimi İsrail adlı dövlət min illər bəri Fələstin torpaqlarında mövcud olmayıb. Sadəcə 14 may 1948-ci ildə ikinci dünya müharibəsindən sonra SSRİ-nın təkidi və BMT-nin qərarı ilə Fələstin torpaqlarının boyük bir əraziləri İsrail dövlətinin qurulması üçün Avropa, ABŞ və SSRİ-dən gələn yəhudilərə verildi.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Türkiyənin qalmaqallı Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin torpaqlarını işğal etmiş, qeyri-leqal İsrail rejiminin yeni “prezidenti” İshak Hersoqa telefon ilə zəng edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon söhbətində Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib.

Türkiyə lideri epidemiyaya baxmayaraq, ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib.

Bütün fikir ayrılıqlarına rəğmən, təmas və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini dilə gətirən Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözlədiyini vurğulayıb.

Ərdoğan Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcəyini bildirib.

P.S: Qeyd edək ki, Ərdoğanın Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözləməsi sözün əslində qondarma İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsnin davam etdirməsi deməkdir. Çünki məlum olduğu kimi İsrail adlı dövlət min illər bəri Fələstin torpaqlarında mövcud olmayıb. Sadəcə 14 may 1948-ci ildə ikinci dünya müharibəsindən sonra SSRİ-nın təkidi və BMT-nin qərarı ilə Fələstin torpaqlarının boyük bir əraziləri İsrail dövlətinin qurulması üçün Avropa, ABŞ və SSRİ-dən gələn yəhudilərə verildi. Buna görə də BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı qərarı istər tam, istərsə də naqis icra olunsa belə hər halda nəticə etibarı ilə Fələstin torpaqlarının işğal olunması mənasındadır. 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!