Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun -Sepahın quru qoşunlarına strateji avadanlıqlar əlavə etmək üçün keçirilən mərasimdə Fəth ballistik raketləri, Qaim 114 raketi və yerüstü almaz raketləri də daxil olmaqla bir neçə yeni silahlar Sepahın quru qoşunlarına əlavə edilib.
Mərasimdə təqdim olunan və daha az medianın diqqətini çəkən avadanlıqlardan biri də Merac 113 dronu idi. Sepah Quru Qoşunlarının Özünə Yetərlilik Araşdırması və Cihad Təşkilatının PUA Araşdırma Qrupu mütəxəssisləri tərəfindən dizayn və istehsal edilən bu dron, əslində PUA pilotlarını yetişdirmək üçün xüsusi olaraq hazırlanmış ilk pilotsuz uçuş aparatıdır.
Uçuş müddəti 3 saat olan Merac 113 pilotsuz təyyarəsi 150 km əməliyyat məsafəsinə malikdir və 18,000 fut yüksəkliyə qədər uça bilir və seyr sürəti saatda 120 km-dir. Bu dron maksimum 50 kq çəki ilə havaya qalxa bilər və 30 kq yük daşımaq qüdrətinə malikdir.
Təxminən 4 ay davam edən Merac 113 dizaynında, PUA vahidlərinin təlim ehtiyaclarını öyrənməklə yanaşı, Muhacir 6, Əbabil 3 və Muhacir 2 pilotsuz uçuş aparatlarının dizaynından da ilhamlanmışdı.
Bu PUA-nın dizayn edilib istehsalından öncə pilotlar ağır xərclərlə başa gələn PUA-la təlim görürdülər, lakin Merac 113 dronlarının Sepah Quru Qoşunlarına verildikdən sonra təlimlərə az vəsait ayırlmaqla yanaşı PUA təhsili məhsul portfeli də təkmilləşib.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!