7 iyul 2021 - 15:05
Qarabağ ermənilərinə böyük qayğı göstərilib

Rusiyanın Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların gördüyü işlər barədə məlumat yayıb.

ABNA24 Xəbər Verir, Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya Humanitar Mərkəzi vasitəsilə əraziyə 14 noyabr 2020-ci ildən sonra köçürülüb gətirilən erməni əhalisinə zəruri əşya, qida, o cümlədən dərman yardımı edilib.

Bildirilir ki, rus hərbi həkimləri Azərbaycanın Qarabağ bölgəsindəki 1500-dən çox erməni sakinə tibbi yardım göstəriblər: Bununla əlaqədar xəstəxanalara və kənd tibb məntəqələrinə 2810 kq zəruri dərman, eyni zamanda şəhər xəstəxanalarına 600-dən çox müxtəlif tibbi avadanlıq verilib. 80 km-dən çox elektrik xətti, 30-dan çox transformator yarımstansiyası bərpa edilib. Bu da 63 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin etməyə imkan verib. 14 yaşayış məntəqəsi su ilə təmin olunub. Sülhməramlıların müşayəti ilə 1750-dən çox zəvvar sərhəd xəttinin yaxınlığındakı məbədləri ziyarət edib.

Bundan əlavə, 2020-ci il 23 noyabr tarixindən Rusiya Hərbi Mühəndisləri və Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 2165 hektar ərazini, 657 km yolu, 1892 binanı, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib. 25 min 640 partlayıcı obyekt aşkarlanıb və zərərsizləşdirilib”, - deyə nazirlik qeyd edib.

342/