6 iyul 2021 - 02:01
İranın "Şetab" elektrikli avtobusu ilə tanışlıq \ ABŞ-ın öldürücü sanksiyaları yararsızlaşdırıldı

"Şetab" adlanan Monokak, Low-Floor (Alçaq Mərtəbəli) və tamamilə elektrikli İran avtobusu, %100 yerli məhsuldur. Bu elektrik avtobusu "Mapna Qrup" və "Oqab Afşan Kompaniyası" nın iştirakı ilə İran İslam Respublikasının elm və mühəndis qüvvələrindən istifadə edərək istehsal edilmişdir".

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikası Allaha təvəkkül edərək yerli bilik adamları, mühəndislər və daxili resuslarından istifadə edərək ABŞ-ın “öldürücü sanksiyalarını” yararsız hala gətirdi. Belə ki, İran İslam Respublikası artıq növbəti bir elektrik avtobusu da istehsal edib və istifadəyə vermək üzrədir.

"Şetab" adlanan Monokak, Low-Floor (Alçaq Mərtəbəli) və tamamilə elektrikli İran avtobusu, %100 yerli məhsuldur. Bu elektrik avtobusu "Mapna Qrup" və "Oqab Afşan Kompaniyası" nın iştirakı ilə İran İslam Respublikasının elm və mühəndis qüvvələrindən istifadə edərək istehsal edilmişdir".

Şetab elektrik avtobusu, İranın iqliminə əsaslanaraq dizayn edilmiş və fərqli avtobus marşrutlarında paketlərlə təmin edilə bilən zəka, məlumat mərkəzi bağlantısı, enerjinin qaytarılması, sürətli şarj üsulları, inkişaf etmiş ekran sistemləri və müasir soyutma sistemləri kimi üstün imkanlara malikdir. Sifariş sayına görə fərqli batareyaları var. Həm də bu məhsulun dizayn və inkişaf infrastrukturu elədir ki, bu sahədə dünyanın ən yaxşı məhsulları ilə rəqabət etmək və inkişaf etməkdə olan hətta inkişaf etmiş ölkələrə belə ixrac edilmə qabiliyyətinə malikdir.

Şetab elektrik avtobusu, müasir mühəndis alətlərindən istifadə edərək beynəlxalq səviyyədə dizayn prinsiplərinə uyğun olaraq hazırlanmış tamamilə İran məhsuludur; Gövdə dizaynı Oqab Afşan Sənaye İstehsalat Qrupunda, elektrikli itələmə hissəsi isə Mapna Qurup-da həyata keçirilir və ortaq şirkət olaraq Şetab Şirkətində istehsal olunur.

İranlı universitet məzunlarının elektrik, elektronika, elektrik elektronikası, proqramlaşdırma və proqram təminatı, məlumatların təhlili, zəka və sistem mühəndisliyi sahələrində istifadəsi bu layihənin böyüməsi və çiçəklənməsi üçün yaxşı bir fürsət yaradıb. Tədqiqat infrastrukturunun böyüməsi ilə texnologiyanı fərdi minik avtomobilləri, yarı ağır, ağır və kommunal ticarət vasitələri kimi digər nəqliyyat sahələrinə də genişləndirmək mümkündür.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!