Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Yəsir və Əbabil pilotsuz təyyarələri, həmçinin ordu müdafiə bölmələri gəmilərin kəşfiyyatını uğurla həyata keçirdi və alınan məlumatları onlayn olaraq komandalıq və idarəetmə mərkəzinə göndərdi.
Xəzər dənizindəki "1400 davamlı təhlükəsizlik dəniz manevri" əvvəlcədən təyin edilmiş planlar əsasında, İran İslam Respublikasının tam yerli istehsalı olan"Yəsir" və "Əbabil" orta mənzilli pilotsuz təyyarələr, ümumi təlim sahəsini təyin edərək, hədəfi izləyib, görüntülərini onlayn sürətdə komandanlıq və idarəetmə mərkəzinə uğurla göndərib.
Ayrıca, 212 helikopteri və raket atıcılarını dəstəkləyən bu manevirdə İran İslam Respublikası Dəniz Qüvvələrinin desant və dəniz piyada qoşunları pilotsuz təyyarələrinin uğurlu kəşfiyyat əməliyyatları üçün tələb olunan texnika və silahlardan istifadə edərək, təlim keçmiş döyüş metodlarını tətbiq etməklə yaxından müşahidəyə əsaslanaraq elektronik müharibə metotlarını icra etmişlər.
Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Qrupu daha sonra partizan və anti-partizan əməliyyatları və sahil infiltrasiya əməliyyatları apararaq ərazi nəzarəti və kəşfiyyatını tətbiq etdi.
Quru, su və hava hədəflərinə atəşlərin açılması bu dəniz təliminin növbəti mərhələsi idi ki, veteranlar təcrübələrini gənc zabitlərə ötürməyi uğurla həyata keçirə bildilər.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!