26 iyun 2021 - 14:44
"Sanksiyaların İranın müdafiə inkişafına təsiri olmayıb"

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri sanksiyaların İranın müdafiə inkişafına heç bir təsiri olmadığını vurğulayıb.

ABNA24 Xəbər Verir, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi "Xaneyi Millət" xəbər agentliyi ilə müsahibədə, ölkələrin ABŞ-ın silah embarqosunun uzadılması barədə qərəzli tələbi ilə razılaşmadığını vurğulayıb.

O, deyib: "İran, inqilabın əvvəlindən bəri sanksiyalar şəraitində işləyib və sanksiyaların ölkənin müdafiə inkişafına heç bir təsiri olmayıb". 

Əmir Hatəmi, ABŞ-ın İrana qarşı silah embarqosunun müddətini uzatmaq cəhdələrinə toxunaraq, deyib: "ABŞ rəsmiləri silah sanksiyalarını uzatmağa çalışırlar, ancaq müvəffəq olmayacaqlar".

342/