Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Suriya Ərəb Respublikasının prezidenti cənab Bəşşar Əsəd İran İslam Respublikasının yeni seçilmiş 8-ci prezidenti Ayətullah Seyyid İbrahim Rəisini prezidentliyə seçilmək münasibəti ilə təbrik edib.
O, təbrik məktubunda yazıb: “Mən olduqca şadam ki, öz və Suriya Respublikasının xalqı adından sizin prezidnt seçkilərində xalqın əksəriyyətinin rəyini qazana bildiyiniz üçün sizə səmimi qəlbdən təbriklərimizi ərz edim...”
Məktubun digər yerində isə belə müraciət edirlər: “Allah Təaladan sizə işlərinizdə qələbə, yeni qəbul etdiyiniz məsuliyyətinizin öhdəsindən gəlməkdə müvəffəqiyyətlər, ölkənizin tərəqqisi naminə İslam İnqilabının qoyduğu xəttini təkmilləşdirmək və bütün sahələrdə inkişafa doğru hərəkət etməyinizi tələb edirəm.”
Suriya prezidenti daha sonra yazıblar: “Fürsətdən istifadə edib on illərlə dostluq tariximizə əsaslanaraq sizinlə əlaqələrin gücləndirilməsini, ölkələrimiz arasında ikitərəfli kommunikasiyaların artırılmasını, ikitərəfli anlaşmalar, Suriya Ərəb Cumhuriyyəti ilə İran İslam Cumhuriyyəti arasında müştərək mənafelərin qorunmasını sizlərə ibraz edirəm.”
Qeyd edək ki, Ayətullah Seyyid İbrahim Rəisi Hicri şəmsi təqvimi ilə 28 Xordad 1400-cü il (18.İyun.2021) Cümə Günündə keçirilən İranın 13-cü prezident seçkilərində 17 milyon 962 min səs çoxluğu ilə (seçiciləri 62%-nin səsini toplamaqla) xalq tərəfindən İran İslam Respublikasının 8-ci prezidenti olaraq seçilmişdir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!