22 iyun 2021 - 10:55
Hindistan baş naziri cənab Ayətullah Rəisini təbrik etdi

Mudi təbrik mesajında qeyd edib: “Cənab Rəisiyə İran İslam Respublikasının prezidentlik postuna seçilməsi ilə bağlı öz təbriklərimi ərz edirəm. Və İran ilə Hindistan arasında olan əlaqələrin daha da möhkəmləndirilməsini istəyirəm.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Hindistanın baş naziri Narindira Mudi Ayətullah Seyyid İbrahim Rəisini İranda keçirilən prezident seçkilərində qələbə qazandığı münasibəti ilə təbrik edib.

O, təbrik mesajında bildirib ki, ümüdvaram İran və Hindistan arasında əlaqələr daha da möhkəmlənəcək və iki ölkə arasında əməkdaşlıqlar daha da artacaq.

Mudi təbrik mesajında qeyd edib: “Cənab Rəisiyə İran İslam Respublikasının prezidentlik postuna seçilməsi ilə bağlı öz təbriklərimi ərz edirəm. Və İran ilə Hindistan arasında olan əlaqələrin daha da möhkəmləndirilməsini istəyirəm.”

Qeyd edək ki, Ayətullah Seyyid İbrahim Rəisi Hicri şəmsi təqvimi ilə 28 Xordad 1400-cü il (18.İyun.2021) Cümə Günündə keçirilən İranın 13-cü prezident seçkilərində 17 milyon 962 min səs çoxluğu ilə (seçiciləri 62%-nin səsini toplamaqla) xalq tərəfindən İran İslam Respublikasının 8-ci prezidenti olaraq seçilmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!