ABNA24 Xəbər Verir, Ərəbistan daxili işlər nazirliyi bir bəyanatda bildirib ki, bu gün səhər bu ölkədə bir şiə gəncin edam hökmü icra olunub.
Mustafa bin Haşim bin İsa Ali-Dərviş 2015-ci ildən məhbəsdə idi. Bu şiə gənc Ərəbistanın Tarut bölgəsinin əhalisindən olubdur.
Mustafa bin Haşimə 2011-ci ildə Qətif aksiyalarında iştirak da daxil olmaqla on üç ittiham vurulub.
Ərəbistanın məhkəmə aparatı saxta ittihamlarla vətəndaş fəalları üçün uzunmüddətli həbs və edam hökmləri verir.
342/