ABNA24 Xəbər Verir, bir İngiltərə hava bazasında min nəfərlik qüvvələr və onların ailələri ilə söhbət edən Co Bayden deyib ki, gələn həftə NATO-ya və G7 qrupuna üzv ölkələr və Avropa ölkələri ilə ayrı-ayrı görüşlərdə öz rus həmkarı Vladimir Putinə açıq mesaj göndərəcək.
ABŞ prezidenti Ağ Ev-ə gələndən bəri öz ilk xarici səfərinə elə bir halda başlayır ki, o, Amerikanın NATO alyansına xələlgəlməz sədaqətini yüksək qiymətləndirərək, Rusiyaya xəbərdarlıq edibdir ki, ziyanverici fəaliyyətlərdə iştirak edəcəyi halda, «ciddi və qətiyyətli» nəticələrlə üzləşəcək.
342/