Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, “İran agentlərinin kiberməkan vasitəsilə ABŞ-da qarşıdurma səyləri artıb”. Bu barədə The New York Times qəzeti yazıb.
Time qəzeti xüsusi bir hesabatda bildirib ki, İran hökumət agentləri ABŞ-da dezinformasiya, alovlu nifaq və antisemitizm məlumatlarını yaymaq üçün virtual şəbəkələrdəki kampaniyalarını daha da gücləndirərək propaqandalarına davam edirlər.
Hesabatda, Həmasın İsrailə etdiyi raket hücumu zamanı İranın təxribatçı kiber əməliyyatlarının antisemitizmə yönəldiyi də bildirilir.
ABŞ-ın iki kəşfiyyat rəsmisi The New York Times-a bildiriblər ki, "İran hökumətinin idarə etdiyi trol təsərrüfatları" bu il baş verən bir neçə mühüm hadisələrdən sonra dezinformasiya fəaliyyətlərini kəskin sürətdə gücləndirdilər...
The New York Times-ın məlumatına görə, İsrail ilə HƏMAS arasında hərbi qarşıdurma başladıqdan sonra İranla əlaqəli Twitter hesabları Twitter-də dəqiqədə 175 dəfə sürətlə antisemitizm ifadələrini əks etdirirdilər.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!