31 may 2021 - 16:50
Rohingya müsəlmanları, Banqladeşdəki ucqar bir adada yerləşdirilmələrinə etiraz edir

Xatırladaq ki, Myanmada 3 milyon Ruhinqalı- Arakan Müsəlmanı yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar. Müsəlman kütləsinə qarşı soyqırım və misilsiz vəhşiliklər bu günə kimi davam etməkdədir...

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Banqladeş polisi 31 May, Bazar Ertəsi günü Ruhingiyalı pənahəndələrin etiraz nümayişi etdiyi haqda məlumat verib.

Məlumata görə, etirazçıların sayı 4000 nəfərdi və sığınacaq axtaran ruhingiyalılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndələrinin Bengal Körfəzindəki Bahasan Çar adasına səfəri zamanı nümayiş ediblər.

Ümumilikdə, bir milyondan çox Rohinca müsəlman qaçqın Banqladeş-Myanmar sərhədinə yaxın bölgələrdə yaşayır.

Qeyd edək ki, Myanmar bütpərəst ordusu, Rohingya müsəlman azlığını 2012-ci ildən bəri zorla öz ata-baba yurdlarından didərgin salıb. 2020-ci ilin avqust ayında Birləşmiş Millətlər Təşkilatı Myanma ordusunun Ruhingiya müsəlmanlarına qarşı əməliyyatlarını "şüurlu sürətdə edilən soyqırım" adlandıraraq, bu ölkə ordusuna bağlı şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsinə tələb edib.

Əlbətdə 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1500-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 1000,000-a yaxın insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəal rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində 100 mindən artıq Müsəlman evsiz-eşiksiz qalıb.

2012 ci ildə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa Müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir...

Xatırladaq ki, Myanmada 3 milyon Ruhinqalı- Arakan Müsəlmanı yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar. Müsəlman kütləsinə qarşı soyqırım və misilsiz vəhşiliklər bu günə kimi davam etməkdədir...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!