ABNA24 Xəbər Verir, Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda deyilir ki, hər iki tərəf təcili addımlar atmalı və sərhədlərin sülh yolu ilə delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamalıdırlar.
Həmsədrlərin bu prosesə kömək etməyə hazır olduqları qeyd olunur.
Qeyd olunub ki, həmsədrlər tərəfləri 10 noyabr atəşkəs bəyanatına uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.
Həmsədrlər son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı məlumatlardan narahat olduqlarını qeyd edərək bildiriblər ki, sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc tətbiqinə dair təhdidlər qəbuledilməzdir.
342/