26 may 2021 - 17:14
Finlandiyada hicablı polis xanımlardan istifadə olunur

Finlandiya kamil İslami hicabdan istifadə edən qadın polis qüvvəsindən faydalanan üçüncü Avropa ölkəsi olacaq.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Finlandiya Daxili İşlər Nazirliyi, hicablı bir polis məmurunun işə qəbul edildiyi ilə bağlı məlumat yayıb.

Finlandiya Daxili İşlər Nazirliyinin Katibliyi açıqlayıb: Müsəlman qadınlar, bu ölkənin bütün vətəndaşları kimi, İslami geyimlərini qoruyaraq polis vəzifələrində çalışa bilərlər.

Finlandiya kamil İslami hicabdan istifadə edən qadın polis qüvvəsindən faydalanan üçüncü Avropa ölkəsi olacaq. Hal-hazırda İngiltərə və İsveçdəki polis bölmələrində İslami hicabdan istifadə edən xanımlar fəaliyyət göstərirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!