İraqın baş naziri Mustafa Əl-Kazimi sionist rejimin Qüdsdə fələstinlilərə qarşı hücumuna reaksiyada vurğulayıb: "Münasibətləri normallaşdırma Fələstin xalqının hüquqlarını təmin etməyəcəksə, bizim fikrimizcə qəbuledilməzdir".
O, Əl-Cəzirə kanalı ilə müsahibədə qeyd edib ki, rəsmi Bağdad sionist rejimin Fələstin xalqına hücumlarını, həmçinin onların müqəddəs məkanlara girişlərinə mane olmasını qınayır.
İraqın baş naziri sözlərinin davamında İranla bağlı deyib: "İranlılar realist olduqlarını sübut ediblər və İraq hökumətini dəstəkləməyə və təxribatçıların hökuməti zəiflətməsinə mane olmağa çalışırlar".
342/