10 may 2021 - 14:26
Əl-Kazimi: "İran həmişə İraq hökumətini dəstəkləyib"

İraqın baş naziri iranlıların realist olduqlarını və Bağdad hökumətini dəstəkləməyə çalışdıqlarını vurğulayıb.

İraqın baş naziri Mustafa Əl-Kazimi sionist rejimin Qüdsdə fələstinlilərə qarşı hücumuna reaksiyada vurğulayıb: "Münasibətləri normallaşdırma Fələstin xalqının hüquqlarını təmin etməyəcəksə, bizim fikrimizcə qəbuledilməzdir".

O, Əl-Cəzirə kanalı ilə müsahibədə qeyd edib ki, rəsmi Bağdad sionist rejimin Fələstin xalqına hücumlarını, həmçinin onların müqəddəs məkanlara girişlərinə mane olmasını qınayır.

İraqın baş naziri sözlərinin davamında İranla bağlı deyib: "İranlılar realist olduqlarını sübut ediblər və İraq hökumətini dəstəkləməyə və təxribatçıların hökuməti zəiflətməsinə mane olmağa çalışırlar".

342/