20 aprel 2021 - 13:56
HƏMAS lideri Aliməqamlı Rəhbərə başsağlığı verdi

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandirinin müavini general Məhəmməd Hicazinin vəfatı ilə əlaqədar Aliməqam Rəhbər HZ.Ayətullahul-üzma Seyid Əli Xameneiyə başsağlığı verib.

ABNA24 Xəbər Verir, general Məhəmməd Hicazinin vəfat xəbərini böyük kədərlə öyrəndiklərini bildirən İsmayıl Haniyə, mərhuma Allahdan rəhmət, Ali Dini Rəhbərə, mərhumun ailəsinə və İran xalqına səbr diləyib.

 İ.Haniyə məktubunda mərhum general Məhəmməd Hicazinin Fələstin xalqına və İslami müqavimət qüvvələrinə verdiyi böyük dəstəyi ilə Fələstin məsələsinə yanaşmasını təqdir edib.

342/