ABNA24 Xəbər Verir, Suriya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında belə qeyd edilib: “Suriya höküməti ölkə əhalisinə qarşı tətbiq edilən cinayət siyasətinin nəticələrinə görə, ABŞ-ı günahkar hesab edir və ABŞ-ın təcavüzkarlığı ilə işğalının nəticəsində baş verən kütləvi dağıntı və saysız itkilər üçün təzminat tələb edir”.
Açıqlamada ABŞ-ın Suriyadakı davranışının beynəlxalq qanunlara zidd olduğu və dünya birliyi tərəfindən qınanılmalı olduğu bildirilib və belə qeyd olunub: “ABŞ və dünyadakı və regiondakı dostları, Suriyaya qarşı misilsiz terror müharibəsini dəstəkləyir”.
342/